<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>377</hymn_number>
<lyrics>[V1]
 Allahın sağında bir taxt qurulmuş,
 Ölümə qalib gələn Oğul oturmuş.
 İzzətə, şöhrətə, nura bürünüb
 Padşahlıq etməkçün Məsih oturmuş.

[C1]
   Bu bir nümunədir, ey Rəbbin xalqı,
   Kim alçalaraq özünü heç etsə,
   Təvazökarlıq yolu ilə getsə,
   Rəbb onu yüksəldər, Həyat tacı verər.

[V2]
 Bir zamanlar Məsih dünyaya gəldi,
 Alçalaraq qul kimi Özünü heç etdi.
 Atanın Sözünə sadiq qalaraq,
 Hətta ölümədək itaət etdi.

[V3]
 Buna görə də Ata Onu yüksəltdi,
 Bütün adlardan üstün Ona ad verdi.
 Oturdaraq Oğlun Öz sağında,
 Bütün hakimiyyəti Ona bəxş etdi.</lyrics>
<title>Allahın sağında bir taxt qurulmuş İL377</title>
</song>